525.Az

Qızıl 6 dollara yaxın bahalaşıb


 

Qızıl 6 dollara yaxın bahalaşıb<b style="color:red"></b> Amerika fond bazarında Dow Jones indeksi 0,14% - 21 813,67 bəndədək, S&P 500 0,17% - 2 443,05 bəndədək bahalaşıb, NASDAQ isə 0,09% - 6 265,65 bəndədək ucuzlaşıb.
 
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,08% - 7 401,46 bəndədək, Almaniya DAX-ı 0,11% - 12 167,94 bəndədək, Fransa CAC-40-ı isə 0,17% - 5 104,33 bəndədək ucuzlaşıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,90 dollar artaraq 1 291,35 dollara, gümüş isə 0,09 dollar bahalaşaraq 17,13 dollara satılıb.
 





26.08.2017    çap et  çap et