525.Az

Mbappe 180 milyon avroya “PSJ”-yə keçə bilər


 

Mbappe 180 milyon avroya “PSJ”-yə keçə bilər<b style="color:red"></b> “Monako”nun hücumçusu Kilian Mbappe Fransanın “PSJ” klubuna keçməyə yaxındır.
 
APA-nın BFM TV-yə istinadən verdiyi xəbərə görə, klublar arasında 18 yaşlı futbolçunun transferinə dair razılıq əldə olunub.
 
Paris klubu futbolçunun transferi üçün “Monako”ya 180 milyon avro ödəməlidir.
 
Müqavilə imzalandıqdan sonra K.Mbappe braziliyalı Neymardan sonra futbol tarixində ikinci ən bahalı futbolçu ola bilər. Qeyd edək ki, “yay transfer "pəncərə"si avqustun 31-də bağlanacaq.
 





28.08.2017    çap et  çap et