525.Az

ABŞ-ın ən yaxşı smartfonu seçilib


 

ABŞ-ın ən yaxşı smartfonu seçilib<b style="color:red"></b> ABŞ İstehlakçılar İttifaqının nüfuzlu Consumer Reports jurnalı bazara təxminən bir ay bundan əvvəl çıxarılan Galaxy S4 smartfon modelinin alıcılarının rəyini tədqiq edib. Məhz bu aparat mövsümün ən yaxşı smartfonları reytinqinə başçılıq etməklə əvvəlki lider LG Optimus G modelini qabaqlayıb. Galaxy S4 HTC One (3-cü yer), Samsung Galaxy S3 (4) və Apple iPhone 5 (5) modellərini də geridə qoyub.
 
DailyComm-un məlumatına görə, ekspertlər Galaxy S4-də fərqləndirici cəhətlər kimi Full HD təsvir ölçüsünə malik keyfiyyətli 5 düymlü displeyi, rahat funksionallığı və mobil qurğudan televizor və digər elektronika üçün uzaqdan idarə olunan pult qismində istifadə etməyə imkan verən infraqırmızı ötürücünü qeyd ediblər. Consumer Reports nümayəndələri Samsung-un qabaqcıl smartfonundakı kameranı fotoşəkillər çəkmək üçün ən yaxşılardan biri hesab ediblər.
 
Qeyd edək ki, ABŞ jurnalı reytinqi geniş sınaqlar və ictimai rəyin qiymətləndirilməsi əsasında tərtib edir. Bu prosesdə istifadə rahatlığı, səsli rabitənin keyfiyyəti, avtonom rejimdə iş vaxtı, displeyin imkanları və s. əsas amillər kimi götürülür.
 
Səhifələrində müxtəlif məhsul və xidmətlərə dair şərhlər əks olunan Consumer Reports jurnalında kommersiya xarakterli reklam yerləşdirilmir və istehsalçılardan məhsulların pulsuz nümunələri qəbul olunmur. Buna səbəb isə rəylərdə maksimal qərəzsizliyin və müstəqilliyin qorunmasıdır.
 





23.05.2013    çap et  çap et