525.Az
Vəkili MTN mayoruna bəraət verilməsini xahiş etdi
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı çıxışına davam edib.
Növbəti proses avqustun 30-na təyin olunub.
28.08.2017
çap et