525.Az

Natiq Əmirov ordenlə təltif edildi


 

Natiq Əmirov ordenlə təltif edildi<b style="color:red"></b>

Prezident İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, N.Əmirov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, N.Əmirovun 50 yaşı tamam olur. O, hazırda Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi vəzifəsində çalışır.

 





28.08.2017    çap et  çap et