525.Az

Təhlükəli Bakı avtobusları- Video


 

Təhlükəli Bakı avtobusları- <b style="color:red">Video</b>

Bir neçə dəqiqəlik müşahidə kifayət edir ki, yollarda avtobusların hansı oyunlarından çıxdığını görmək olsun.

Sürətlə bir-birini ötmək istəyən avtobus sürücüləri sükan arxasında telefonla da danışırlar. Doğrudur, avtobuslar sürətlə getdiyindən bu mənzərə kameranın obyektivinə düşməsə də, gözümüzdən yayınmadı.

Bu ilin əvvəlindən mayin 1-dək respublikada avtobusların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr zamanı 20 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Son olaraq dünən ayağının üstündən avtobus keçən Rəmziyyə Məmmədova isə həkimlərin səyi nəticəsində azazd olub. Onun kəsilən ayağı yerinə tikilir.

Statistikaya görə avtobus qəzalarının 80 % sürücünün günahı ucbatından baş verir. Sürücülər isə hər bir halda özlərinə haqq qazandırmağa çalışırlar.

Nəqliyyat Nazirliyi qəzaların qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirdyini deyir. Yol polisi də qayda pozan, qəza şəraiti yaradan avtobus sürücülərinə qarşı mütəmadi reydlər keçirir.

anspress



 





23.05.2013    çap et  çap et