525.Az

Meksika Beynəlxalq Mürəbbə Festivalında


 

Meksika Beynəlxalq Mürəbbə Festivalında<b style="color:red"></b>

Meksika ilk dəfə Beynəlxalq Mürəbbə Festivalında öz təamları ilə iştirak edib.

Sözügedən ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festivalın açılış mərasimi avqustun 26-da Qəbələ şəhərində baş tutub. Sayca beşinci dəfə keçirilən bu tədbirdə Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən ənənəvi Meksika mürəbbələri təqdim olunub. Festival iştirakçıları Meksika pavilyonuna maraq göstərib, orada çili, manqo, ananas, portağal, digər meyvələrdən hazırlanan mürəbbələrin dadına baxıblar.

Qeyd edəj ki, Meksika gündəlik həyatda istifadə olunan bir sıra məhsulların vətənidir. Məsələn, vanil, şokolad, qəhvə və düyünün müəyyən növləri və s. Meksika mətbəxinin əsas tərkib elementlərindən biri çili bibəridir. Hər il Meksika 2 milyon ton çili bibəri istehsal edir ki, onun 700 min tonu ixrac olunur. Bu göstəricilərlə Meksika sözügedən məhsulun dünya səviyyəsində birinci ixracatçısına çevrilib.

Çoxlarının tərəvəz kimi tanıdığı çili bibəri əslində meyvədir. Bu məhsulun istehlakı hələ ispanların gəlişi dövründən əvvəl başlayıb.Bir çili bibərinin tərkibində portağalda olduğundan daha çox C vitamini var.

Ceyhun ABASOV

 

 





28.08.2017    çap et  çap et