525.Az

Himayəsində azı 3 uşaq olan vergiödəyicisinə güzəşt tətbiq olunur


 

Himayəsində azı 3 uşaq olan vergiödəyicisinə güzəşt tətbiq olunur<b style="color:red"></b>

Ailədə tək işləyən və himayəsində azı 3 uşaq olan ailə başçısına əməkhaqqında vergi güzəşti tətbiq edilirmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AzərTAc-ın sualına cavab olaraq bildirilib ki, fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 155 manat gəlir vergisindən azad edilir.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən, gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri əsas iş yerinə müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

 





29.08.2017    çap et  çap et