525.Az

Oğuz və Qəbələdə meşə zolağında yanğın


 

Oğuz və Qəbələdə meşə zolağında yanğın <b style="color:red"></b> FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.
 
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
 
Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.
 
Yanğın saat 20:53-də söndürülüb.
 
Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 





29.08.2017    çap et  çap et