525.Az

“Gənc alimə məktublar” Azərbaycan dilində


 

“Gənc alimə məktublar” Azərbaycan dilində<b style="color:red"></b>

Tanınmış bioloq-alim Edvard Vilsonun “Gənc alimə məktublar” kitabı Azərbaycan dilinə tərcümə edilib.

“Kitabsevərlər” hərəkatının dəstəyilə nəşr olunan kitabda alimin mühazirələri toplanıb.

E.Vilson təbiəti cəmiyyətlə qarşılıqlı öyrənən, təbiətin mühafizə edilməsi üçün yorulmadan çalışan alimdir. Kitabda insanları gözləyən (bəzi hallarda artıq içərisində olduğumuz) problemlərdən necə qorunmağın yolları göstərilir.

Kitabı ingilis dilindən Aybəniz Həsənova və Aygün Qurbanlı tərcümə edib. Elmi redaktoru Orxan Əmrullayev, redaktor və tərtibatçısı isə Səbuhi Şahmursoydur.

Daha çox gənc oxucular üçün nəzərdə tutulan kitab onları professional bioloq olmağa həvəsləndirəcək, insanları, planetimizi, eləcə də onun problemlərini daha yaxından tanımaq və aradan qaldırmaq üçün vasitəçi rol oynayacaq.

 





29.08.2017    çap et  çap et