525.Az

Pxenyan: "Son raket sınağı Quam adasına raket atışlarının "başlanğıcı"dır"


 

Pxenyan: "Son raket sınağı Quam adasına raket atışlarının "başlanğıcı"dır"<b style="color:red"></b> Şimali Koreya lideri Kim Çen In son raket sınağının Quam adasına raket atışlarının “başlanğıcı” olduğunu bəyan edib. Onun sözlərinə görə, rəsmi Pxenyan ABŞ-ın bəyanatları və hərəkətlərini diqqətlə izləyəcək.

APA-nın xəbərinə görə, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi məlumat yayıb.  
 
Xəbər verildiyi kimi, Şimali Koreya avqustun 29-da “Xvason-12” tipli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Təlimlərdə KXDR lideri Kim Çen In şəxsən iştirak edib. 
 
Qeyd edək ki, Şimali Koreyaya məxsus raket Yaponiya üzərindən uçub keçərək Sakit okeana, Hokkaydo adasından 1180 km şərqə düşüb.
 





30.08.2017    çap et  çap et