525.Az

Meksika səfirliyi foto-müsabiqə keçirir


 

Meksika səfirliyi foto-müsabiqə keçirir <b style="color:red"></b>

Meksikanın Azərbaycandakı Səfirliyi Heydər Əliyev Mərkəzi və meksikalı heykəltəraş Xorxe Marin ilə əməkdaşlığı çərçivəsində “Varlığın Canlanması” əsər toplusuna aid foto-müsabiqə elan edib.

Səfirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun olaraq Heydər Əliyev Mərkəzində təqdim olunan Xorxe Marinin əsərlərindən biri ilə çəkdirdiyi şəkildə “Azərbaycanlı olmaq və ya Azərbaycan ictimaiyyətinin bir hissəsi olmaq nə deməkdir?” sualına cavab yazmalı və sentyabrın 7-nə qədər [email protected]” elektron ünvanına göndərməlidirlər.
 
10 ən yaxşı şəkil seçilərək sentyabrın 8-də heykəltəraş Xorxe Marinin “Facebook” səhifəsində yerşəldiriləcək.

Həmin tarixdən sentyabrın 14-nə qədər iştirakçıların “layk” toplamaq imkanı olacaq. Sonda 3 ən çox bəyənilən şəkil mükafatlanacaq və qaliblərin adı sentyabrın 15-də Meksikanın Milli Günü mərasimi zamanı elan olunacaq.

Meksikanın Azərbaycandakı Səfirliyi hər kəsi müsabiqədə iştirak etməyə və xalqlarımız arasında yaxınlaşmanın inkişafına töhfə verməyə çağırır.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd iki ölkə arasında mədəni əlaqələri intensivləşdirmək və möhkəmləndirməkdir.

Xatırladaq ki, görkəmli meksikalı heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi 2016-ci ilin oktyabr ayında Heydər Əliyev Mərkəzində açılıb.

Ceyhun ABASOV

 





30.08.2017    çap et  çap et