525.Az

Brent markalı neft cüzi bahalaşdı


 

Brent markalı neft cüzi bahalaşdı<b style="color:red"></b> Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 45,95 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,04% artaraq 50,88 dollar olub.
 





31.08.2017    çap et  çap et