525.Az

Macarıstan prezidenti Vilayət Quliyevi ordenlə təltif etdi


 

Macarıstan prezidenti Vilayət Quliyevi ordenlə təltif etdi<b style="color:red"></b>

Macarıstan prezidenti Yanoş Aderin imzaladığı fərmanla Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev yüksək hökumət mükafatı - “Xidmətlərə görə” ordeninin komandor dərəcəsi ilə (II dərəcə) təltif edilib.

AzərTac-ın məlumatına görə, bu barədə məlumat rəsmi hökumət bülletenində dərc olunub.
 
Səfir bu mükafata Macarıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə layiq görülüb.

 





31.08.2017    çap et  çap et