525.Az

Rusiyanın Azərbaycana satdığı PDM-3-ün tədarükü gələn il yekunlaşacaq


 

Rusiyanın Azərbaycana satdığı PDM-3-ün tədarükü gələn il yekunlaşacaq<b style="color:red"></b> Rusiyanın 2010-cu ildə imzalanmış müqaviləyə əsasən Azərbaycana satdığı piyadaların döyüş maşınlarının (PDM-3) tədarükü gələn il başa çatacaq.
 
APA-nın xəbərinə görə, bu barədə TASS hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
 
Qeyd edək ki, Bakı və Moskva böyük həcmdə silah və hərbi texnikanın tədarükü barədə 2010-cu ildə razılığa gəliblər. Buraya üç batalyon "T-90S" tankı, özüyeriyən artilleriya, reaktiv yaylım atəşi sistemləri, ağır odsaçan sistemlər, təmir-təxliyyə və mühəndislik maşınları daxildir. Müqavilə paketinin dəyəri 1 milyard dollara yaxındır.
 





31.08.2017    çap et  çap et