525.Az

Bayram namazı qılındı


 

Bayram namazı qılındı<b style="color:red"></b> Bu gün Bakının Təzəpir və Əjdərbəy məscidlərində Qurban bayramı münasibətilə bayram namazı qılınıb və xütbələr oxunub.
 
APA-nın xəbərinə görə, hər iki məsciddə bayram namazı axundların imam-camaatlığı ilə qılınıb. Xütbələrdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.
 
Bu gün səhər saatlarında paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərində bayram namazları qılınıb, dualar oxunub.
 
Xatırladaq ki, sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı qeyd olunur.
 





01.09.2017    çap et  çap et