525.Az

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq


 

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq<b style="color:red"></b>

Ukraynanın əhalisinin sayına görə ikinci böyük şəhəri olan Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.

Bu barədə AZƏRTAC-a Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib. S.Qurbanovun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda açılacaq Mədəniyyət Mərkəzinin sənədləşmə işləri artıq yekunlaşıb. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində ART Qalereya və Heykəl Parkı da olacaq.

S.Qurbanov deyib ki, Xarkovda erməni diasporunun güclü olmasına baxmayaraq, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin birbaşa təkidi ilə Mədəniyyət Mərkəzi şəhərin mərkəzində, erməni kilsəsinin yanında açılacaq.

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlığımızın nəticəsidir ki, Kiyevin mərkəzində Müslüm Maqomoyev adına park da salınacaq və orada onun heykəli ucaldılacaq. Bu günlərdə Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülməyimdə də səfir Azər Xudiyevlə birgə layihələrimizin böyük təsiri olub”, - deyə S.Qurbanov bildirib.

 





01.09.2017    çap et  çap et