525.Az

Azərbaycanlı rəssamın əsərləri Finlandiyada


 

Azərbaycanlı rəssamın əsərləri Finlandiyada <b style="color:red"></b>

Finlandiyanın Xamelina şəhərində Azərbaycanın tanınmış rəssamı, “Dostluq” Azəri-Fin Cəmiyyətinin fəal üzvü Çingiz Abbasovun rəsm sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə cəmiyyətin sədri Təranə Nəzərova məlumat verib.

Qeyd edək ki, Çingiz Abbasov ABŞ, Avropa, o cümlədən, Finlandiyada fəaliyyət göstərən bir sıra rəsm qalereyaları ilə əməkdaşlıq edir. Onun rəsmlərinə dünyanın bir çox şəxsi və korporativ kolleksiyalarında, həmçinin tanınmış alman kolleksioneri Reynhold Vürtun muzeyində, Finlandiya Prezidenti Sauli Niinistonun kolleksiyasında rast gəlmək olar.

Ç.Abbasovun yenicə tamamlanmış “Çovqan”adlı rəsm işləri Bakıda yeni açılmış Media Mərkəzində nümayiş olunub.

Bu yaxınlarda isə sənətkar Birinci Dünya müharibəsində iştirak etmiş əfsanəvi “Vəhşi Diviziya”nın qəhrəmanı Azərbaycan Süvari Alayına həsr etdiyi “Üçlük” adlanan böyük həcmli əsərini tamamlayıb.

 





01.09.2017    çap et  çap et