525.Az

“Yuğ” kollektivi beynəlxalq mükafata layiq görüldü


 

“Yuğ” kollektivi beynəlxalq mükafata layiq görüldü<b style="color:red"></b>

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib.

Belə ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Sənət ocağının yaradıcı heyəti festivalın “Xəzər Renesansı” nominasiyası üzrə qalib elan edilib.

Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı ilə reallaşan festivalın beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib.

 





01.09.2017    çap et  çap et