525.Az

201 saylı tam orta məktəbin binası yenidən qurulub


 

201 saylı tam orta məktəbin binası yenidən qurulub<b style="color:red"></b>

Sentyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı 201 saylı tam orta məktəbində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, 201 saylı tam orta məktəbin binası iki korpusdan ibarətdir.

Korpuslardan biri 1964-cü, ikincisi 2007-ci ildən fəaliyyət göstərir. Burada da müasir tələblərə uyğun keyfiyyətli yenidənqurma işləri həyata keçirilib.

Əsaslı təmir-bərpa işləri görülən məktəbin 68 sinif otağında 1400 şagirdin təhsil alması üçün hər bir şərait yaradılıb.
 
Məktəbin 5 informatika, 3 laboratoriya otaqları, şahmat sinfi, idman və akt zalları, hərbi otağı, 2 kitabxanası və yeməkxanası da müasir səviyyədə yenidən qurulub.

Həyətdə futbol, voleybol və basketbol meydançaları yaradılıb.

 





05.09.2017    çap et  çap et