525.Az

“Oskar” mükafatlı rejissor vəfat etdi


 

“Oskar” mükafatlı rejissor vəfat etdi<b style="color:red"></b>

Amerikalı sənədli film rejissoru Mürrey Lerner 91 yaşında Nyu-Yorkda vəfat edib.

AzərTAc lenta.ru saytına istinadla xəbər verir ki, rejissor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.

Lerner 1981-ci ildə “Ən yaxşı sənədli film" nominasiyasında “Maodan Motsartadək: İsaak Stern Çində” filminə görə “Oskar” mükafatı alıb. Film məşhur skripkaçı İsaak Sternin Çinə səfərindən bəhs edir.

Rejissor həmçinin Bob Dilanın ilk konsertindən kadrlar olan “Festival” filminin müəllifidir. Filmdə Bob Dilandan başqa, digər tanınmış musiqiçilərin konsert çəkilişləri var.

 





05.09.2017    çap et  çap et