525.Az

Temperatur 33 dərəcəyə yüksələcək


 

Temperatur 33 dərəcəyə yüksələcək<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti mayın 25-ə olan hava proqnozunu açıqlayıb.

Qurumdan 525.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

 





24.05.2013    çap et  çap et