525.Az

Azərbaycan və Polşa müdafiə nazirləri bir arada


 

Azərbaycan və Polşa müdafiə nazirləri bir arada<b style="color:red"></b>

Polşa Respublikasına səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.
 
Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

 





05.09.2017    çap et  çap et