525.Az

Rejissor “Ulduz müharibələri" filmini tərk etdi


 

Rejissor “Ulduz müharibələri" filmini tərk etdi<b style="color:red"></b>

"Ulduz müharibələri" filminin rejissoru Kolin Trevorrou vəzifəsini tərk edib.

AzərTAc xəbər verir ki, bu barədə “Lucasfilm” və “Disney” şirkətinin bəyanatına istinadən “The Holliwood Reporter” məlumat yayıb.

Nəşrin yazdığına görə, onların narazılığının əsas səbəbi filmin ssenarisi olub. Bundan əvvəl mətnin yazılması Coan Roulinqin orijinal ideyası əsasında “Harri Potter və lənətlənmiş uşaqlar” pyesinin müəllifi Cek Torna həvalə edilmişdi.

“Lucasfilm”in bəyanatında deyilir. “Kolin yaxşı əməkdaş idi, lakin layihədə yanaşmalarımız fərqlidir. Ona uğurlar arzulayırıq və tezliklə film haqqında daha ətraflı məlumat verəcəyik”.

 





06.09.2017    çap et  çap et