525.Az

Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatdı


 

Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatdı<b style="color:red"></b> "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hazırda müdafiə tərəfi iş materialları ilə tanış olur.
 
Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib.

Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
 





06.09.2017    çap et  çap et