525.Az

Mehman Əliyevin vəsatəti təmin edilmədi


 

Mehman Əliyevin vəsatəti təmin edilmədi<b style="color:red"></b> Bu gün Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında vəsatət təmin edilməyib.
 
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
 
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 





06.09.2017    çap et  çap et