525.Az

NATO Hərbi Komitəsi rəhbəri və Rusiya Baş Qərargah rəisi Bakıda görüşəcəklər


 

NATO Hərbi Komitəsi rəhbəri və Rusiya Baş Qərargah rəisi Bakıda görüşəcəklər<b style="color:red"></b> NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər. 
 
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun kommünikesində bildirilir. 
 
Kommünikedə deyilir ki, bu, NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.
 
"General Petr Pavel və general Valeri Gerasimov sentyabrın 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində görüşəcəklər. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq", - deyə məlumatda qeyd olunur.
 
Qeyd edək ki, bu il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun da görüşü Bakıda keçirilib.
 





07.09.2017    çap et  çap et