525.Az

Türkmənistan BTC ilə neft nəqlini kəskin artırıb


 

Türkmənistan BTC ilə neft nəqlini kəskin artırıb<b style="color:red"></b>

2017-ci ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 549,434 min ton Türkmənistan nefti nəql olunub.

"APA-Economics" SOCAR-ın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-cı ilin avqust ayı ilə müqayisədə ötən ay BTC ilə nəql olunan Türkmənistan neftinin həcmi 203,414 min ton və ya 58,78% artıb.

İyul ayı ilə müqayisədə isə BTC ilə ixrac olunan Türkmənistan neftinin həcmi 63,165 min ton və ya 12,99% çoxdur.

Qeyd edək ki, ötən ilin avqust ayında BTC kəməri ilə 346,020 min ton, iyul ayında isə 486,269 min ton Türkmənistan nefti nəql olunub.

 





08.09.2017    çap et  çap et