525.Az

Beynəlxalq forumda Ermənistanın işğalçılıq siyasəti tənqid olundu


 

Beynəlxalq forumda Ermənistanın işğalçılıq siyasəti tənqid olundu <b style="color:red"></b>

Sentyabrın 5-də Polşanın Krıniça şəhərində 27-ci Dünya İqtisadi Forumu işə başlayıb.

Dünən Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Toğrul Məmmədli "Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək" adlı plenar sessiyada çıxış edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının 25 ili ərzində əldə edilmiş nəticələrə dair statistik məlumatları sessiya iştirakçılarının nəzərinə çatdıran T.Məmmədli ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlığın gələcək perspektivləri, Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu haqqında danışıb.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan və erməni deputatı Miqran Akopyanın da şərhçi olduğu bu sessiyada çıxışı zamanı T.Məmmədli Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri ilə yanaşı, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, iyulun 4-də 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi haqqında məlumat verərək Ermənistanı barbar adlandırıb.

Qeyd edək ki, Polşada hər il keçirilən və 3000-dən artıq qonağın iştirak etdiyi bu tədbir Mərkəzi və Şərqi Avropanın ən irimiqyaslı konfransı sayılır.

Ceyhun ABASOV

 





08.09.2017    çap et  çap et