525.Az

Xalidə Xalid və Şamxal Hüseynov hələ də Təbrizdəki Baş Konsulluğa təhvil verilməyiblər


 

Xalidə Xalid və Şamxal Hüseynov hələ də Təbrizdəki Baş Konsulluğa təhvil verilməyiblər<b style="color:red"></b>

Təbrizdə tutulan Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
 
E. Abdullayev qeyd edib ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir.
 
Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb.
 
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin mayın 22-də APA TV-yə açıqlamasında hər iki şəxsin artıq azad olunduğunu və Azərbaycan tərəfinə təhvil verildiyini bildirib. Lakin Azərbaycan XİN bu məlumatı təkzib edib.

 





25.05.2013    çap et  çap et