525.Az

“Drakula” filminin prikveli çəkiləcək


 

“Drakula” filminin prikveli çəkiləcək<b style="color:red"></b>

“Drakula” filminin prikveli Dakr Stoker və Dilan Barkerin kitabı əsasında çəkiləcək.

“Variety” nəşri xəbər verir ki, filmin rejissoru Stiven Kinqin “O” qorxulu filmini ekranlaşdıran Andres Muskettidir.

Qeyd edək ki, Dakr Stoker orijinal “Drakula”nın müəllifi yazıçı Brem Stokerin nəslindəndir.

1897-ci ildə ilk dəfə dərc olunan “Drakula” əsəri dəfələrlə ekranlaşdırılıb. Əsərin uyğunlaşdırılması ilə “Paramount Studios” məşğul olacaq. Hadisələr 1868-ci ildə cərəyan edəcək.

 





08.09.2017    çap et  çap et