525.Az

Güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açıldı


 

Güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açıldı<b style="color:red"></b> Ötən gün axşam saatlarında güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, leysan yağışları nəticəsində yolun 36,42,50 və 54-cü kilometrliyinə qaya parçaları düşüb. Yol təxminən 5-6 saat bağlı qalıb.
 
Gecə saatlarında əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.

Bəzi ərazilərdə təmizləmə işləri hazırda da davam etdirilir.
 





09.09.2017    çap et  çap et