525.Az

Banderas Pikassonu canlandıracaq


 

Banderas Pikassonu canlandıracaq<b style="color:red"></b>

“National Geographic”ın antologiyasının ikinci filmi olan “Dahi”də məşhur ispan rəssamını digər tanınmış ispan Antonio Banderas canlandıracaq.

AzərTAc xarici KİV-lərə istinadən xəbər verir ki, bədii serial XX əsrin nüfuzlu dahilərindən biri, dolğun peşəkar həyatı olan rəssama həsr olunacaq.

Qeyd edək ki, hər iki məşhur - Banderas və Pikasso İspaniyanın Malaqa şəhərindəndir. Aktyor deyib: “Pablo Pikassonun həyat tarixçəsi məni çoxdan maraqlandırırdı. Mən bu insanla fəxr edirəm”.

Serialın yaradıcılarının fikrincə Banderas təbii seçimdir. Onun aktyor kimi geniş diapazonu, orijinallığı dahi Pikassonun həyatını canlandırmağa kömək edəcək.

Çəkilişlərinə bu ilin sonunda başlanılacaq filmin premyerası gələn il gözlənilir.

Kubizm cərəyanının yaradıcısı olan Pikasso uzun sürən yaradıcılıq həyatında 20 min əsər yaradıb. Ekspertlərin məlumatına görə, əsərləri 100 milyonlarla dollara satılan Pikasso dünyanın ən bahalı rəssamıdır.

Qeyd edək ki, 10 bölümdən ibarət olan birinci film Uolter Ayzekstonun bioqrafiq kitabı əsasında çəkilmiş “Eynşteyn: həyatı və Kainat” filmidir. Eynşteynin kamil dövrünü Ceffri Raş, gənclik vaxtını Conni Flinn canlandırıb. Şou tənqidçilərdən, əsasən müsbət rəy alıb.

Pikasso filmi üçün bioqrafik material hələ ki seçilməyib.

 





09.09.2017    çap et  çap et