525.Az

Prezident Qazaxıstandadır


 

Prezident Qazaxıstandadır<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb.

APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısını Astanada hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.
 
Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan  80 nümayəndə heyəti iştirak edəcək.
 
Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq.
 





09.09.2017    çap et  çap et