525.Az

MİDA mənzil təminatına dair Yol Xəritəsinin icra vəziyyətini açıqladı


 

MİDA mənzil təminatına dair Yol Xəritəsinin icra vəziyyətini açıqladı<b style="color:red"></b>

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.
 
"APA-Economics" xəbər verir ki, sənəddə əsas hədəflər kimi uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi üçün Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsi, uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi göstərilib.
 
Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 24%-i icra olunub, 65%-nin icrasına başlanılıb, 12%-nin isə icrasına başlanılmayıb.
 
Hədəflərə gəlincə, uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi üçün MİDA-ya müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsinin 20%-i icra olunub, 80%-nin icrasına başlanılıb.
 
Bundan başqa, uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsinin 25%-i icra olunub, 58%-nin icrasına başlanılıb, 17%-nin icrasına başlanılmayıb.

 





11.09.2017    çap et  çap et