525.Az

Mərkəzi Bank sədrinin müavini vəzifəsindən azad olundu


 

Mərkəzi Bank sədrinin müavini vəzifəsindən azad olundu<b style="color:red"></b>

Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.
 
"APA-Economics" xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.
 
X. Abdullayevin yerinə təyinat baş verməyib.

Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.
 
1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
 
Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.
 
2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

2008-ci ildə ABŞ-ın "George Washington" universitetində "Fulbright" tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.
 
2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.
 
2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.
 
2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.
 
2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
 
2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.

 





12.09.2017    çap et  çap et