525.Az

Dövlət büdcəsinin icrasında 539 milyon manatlıq kəsir yaranıb


 

Dövlət büdcəsinin icrasında 539 milyon manatlıq kəsir yaranıb<b style="color:red"></b>

2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 mlrd. 788,8 mln. manat, xərcləri 11 mlrd. 327,5 mln. manat təşkil edib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlarda qeyd edilib.

Məlumata əsasən, büdcənin icrasında 538,7 mln. manatlıq kəsir yaranıb. Kəsir ümumi daxili məhsulun 1,2%-nə bərabərdir.

 





15.09.2017    çap et  çap et