525.Az

Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub


 

Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub<b style="color:red"></b>

Bişkekdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilib.

APA-nın Rusiya XİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
 
Tərəflər ikitərəfli münasibətlərin və beynəlxalq gündəmin aktual mövzularını müzakirə ediblər. Görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin qorunması məsələsi də müzakirə olunub.

 





27.05.2013    çap et  çap et