525.Az

“Azərbaycanın gender siyasəti bir çox dövlətlər üçün nümunə ola bilər”


 

“Azərbaycanın gender siyasəti bir çox dövlətlər üçün nümunə ola bilər”<b style="color:red"></b>

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclası keçirilib. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, AŞPA-nın Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova "Qadınların siyasətdə təmsilçiyinin gücləndirilməsi" mövzusunda çıxış edib.

 O, müzakirə olunan mövzu ilə bağlı fikir və təkliflərini səsləndirərək, həmçinin, ölkəmizdə qadınların siyasi cəhətdən fəallığının artılırması istiqamətində görülən işlər barəsində geniş məlumat verib. Onun sözlərinə görə, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sıralardadır.

 Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qadınlar təşkil edir:

"Bu məqamlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olmuşdur. Mənim təmsil etdiyim Yeni Azərbaycan Partiyası da ölkənin hakim partiyası olaraq, ölkəmizdə qadınların siyasi fəallığının artırılması istiqamətində öz töfhələrini verir.

 Məhz Yeni Azərbaycan Partiyasının səyi nəticəsində bələdiyyələrdə təmisil olunan qadınların sayı əsaslı şəkildə artıb. Ümumiyyətlə isə, düşünürəm ki, Azərbaycanda həyata keçirilən gender siyasəti bir çox dövlətlər üçün nümunə ola bilər".

Daha sonra S. Qafarova mayın 7-də Bakıda keçirilən Qadınlara  qarşı  zorakılıqla  mübarizə haqqında Avropa Şurası Konvensiyasına həsr  edilmi seminar  və quruma  üzv  dövlətlərin parlamentariləri  üçün  hazırlanmış “Qorxudan uzaq, zorakılıqdan uzaq” adlı kitabın  təqdimat  mərasimi  haqqında mətumat verib. O,  AŞPA  katibliyi  tərəfindən  hazırlanan kitabın əhəmiyyətini  vurğulayaraq bildirib ki, indiyədək 14  dilə tərcümə edilən bu praktik və nəzəri vəsait millət  vəkilləri  üçün çox dəyərli  olacaq.

K.Həmzəoğlu

 





27.05.2013    çap et  çap et