525.Az

Üzeyir Hacıbəylinin əsərlərinə kölgə salan atmacalara cavab verildi


 

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi<b style="color:red"></b>

Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin doğum günü münasibətlə Pirallahı qəsəbəsində Vaqif Mustafazadə adına mədəniyyət sarayında geniş tədbir keçirilib. 

Tədbir rayon icra hakimiyyəti və V.Mustafaszadə adına mədəniyyət sarayının birgə təşəbbüsü ilə baş tutub. Tədbirdə çıxış edənlər dahi bəstəkarın yaradıcılığının qüdrətindən danışıblar.

Üzeyir bəyin həyat və yaradıcılığı haqqında söz açan yazıçı-publisist Aslan Kənan bəstəkarın əsərlərinə  kölgə salan bir çox müəlliflərin atmacalarına  aydınlıq gətirib. Onun ilk operasının yaranması barədə arxiv sənədləri əsasında geniş məlumat verib.

Tədbirdə həmçinin məktəblilərin iştirakı ilə Üzeyir bəy Hacıbəylinin əsərlərindən ibarət səhnələr göstərilib.
Sonda rayon mədəniyyət sarayının direktoru Afət xanım İbrahimova icra hakimiyyəti adından tədbir iştirakçılarına və qonaqlara dərin təşəkkürünü bildirib.

 





20.09.2017    çap et  çap et