525.Az

Bəkir Bozdağ: ”Məzhəbçilik böyük fitnədir”


 

Bəkir Bozdağ: ”Məzhəbçilik böyük fitnədir”<b style="color:red"></b> “Məzhəbçilik böyük fitnədir”.
 
APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri agentliyin sualını cavablandırarkən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
 
“Azərbaycan fərqli  dini məzhəblərə mənsub müsəlmanları yaxınlaşdırmaq məqsədi ilə  onların birlikdə Vəhdət namazı qılmalarını təşviq edir. Bunu necə dəyərləndirirsiniz?”- sualına Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ bu şəkildə cavab verib: ”Çıxışımda da dedim: məzhəbçilik - islamın rədd etdiyi bir şeydir və böyük fitnədir. Bizim hamımızın müştərək məsələsi Quranı və peyğəmbəri örnək almaqdır. Bizim üçün onlardan başqa bir örnək yoxdur”.
 
Qeyd edək ki, bu gün İstanbulda  “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
 





26.09.2017    çap et  çap et