525.Az

Prezident onları təltif etdi


 

Prezident onları təltif etdi <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, bu sərəncamla Azərbaycanın musiqi irsinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abdullayev Davud Bəxtiyar oğluna və Rəhimova Fəzilə Vaqif qızına “Əməkdar artist” fəxri adı verilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə Alla Hacı Ağa qızı Bayramova “Tərəqqi” medalı ilə təltif edilib.
 





26.09.2017    çap et  çap et