525.Az

"Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri" mövzusunda seminar


 

"Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri" mövzusunda seminar <b style="color:red"></b>

Sentyabrın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri" mövzusunda seminar keçirilib.

Universitetin rektoru İlham Mədətov mövzunun əhəmiyyətindən danışaraq Azərbaycanın neft strategiyası, müasir dövrdə bu strategiyanın nəticələri ilə bağlı müzakirənin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib.

Seminarda İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov "Əsrin müqaviləsi" və onun Azərbaycan Respublikasının müasir həyatında əhəmiyyəti", "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlandırılması", Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev "Neft amili və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri" mövzularında məruzələrlə çıxış edibər.

Məruzələrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatında əvəzolunmaz rolundan, onun ölkənin ictimai həyatının müxtəlif sahələrinə əsaslı təsirindən danışılıb, neft strategiyasının müxtəlif aspektləri təhlil edilib.

Qeyd olunub ki, sentyabrın 14-də prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilən və yenidən tərtib olunan sazişin imzalanması bir daha təsdiq edir ki, ölkəmizin kifayət qədər neft ehtiyatları var.

Seminarda, həmçinin, bildirilib ki, müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası Azərbaycan dövlətinin müasir durumunun təmin edilməsində mühüm rol olnayıb. Bu gün dövlətimizin düzgün iqtisadi inkişaf kursu sayəsində Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir. Azərbaycan  regionun lider dövlətlərindən birinə çevrilməklə həm bölgədə, həm də dünya miqyasında öz sözünə malik bir dövlət kimi tanınmaqdadır. Məruzələr ətrafında çıxışlarda mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, Azərbaycanın maraqlarının dünyada daha geniş dəstəklənməsi istiqamətində fəal iş aparılmasının vacibliyi vurğulanıb.

Ceyhun ABASOV

 





26.09.2017    çap et  çap et