525.Az

"İnnovasiya, sərmayə: Xarkov təşəbbüsü" adlı beynəlxalq forum


 

"İnnovasiya, sərmayə: Xarkov təşəbbüsü" adlı beynəlxalq forum <b style="color:red"></b>

Ukraynanın Xarkov şəhərində "İnnovasiya, sərmayə: Xarkov təşəbbüsü" adlı beynəlxalq iqtisadiyyat forumu keçirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, forumda 20-yə yaxın ölkənin səfirləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Beynəlxalq forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycanın separatizmə məruz qalması, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkənin investisiya mühitinə təsir edir.

A.Xudiyev deyib ki, separatizm iqtisadi inkişafa mənfi təsir edir: "Ona görə də beynəlxalq maliyyə qurumları işğalçılıq siyasəti yürüdən Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir".

Azərbaycanda sağlam investisiya mühitinin yaradıldığını vurğulayan səfir bildirib ki, ölkəmiz xarici investorların cəlbində maraqlıdır və onların fəaliyyəti üçün beynəlxalq standartlar tətbiq edilir: "Azərbaycan şirkətlərinin Ukraynaya investisiya cəlbini artırması üçün ölkə qanunları liberallaşdırılmalıdır. Azərbaycan Ukrayna ilə birgə şirkətlərin yaradılmasında maraqlıdır".

Ceyhun ABASOV

 





26.09.2017    çap et  çap et