525.Az

Minsk traktor zavodu Azərbayacana 460 ədəd texnika göndərir


 

Minsk traktor zavodu Azərbayacana 460 ədəd texnika göndərir<b style="color:red"></b> Minsk traktor zavodu (MTZ) bu il ərzində Azərbaycana əlavə olaraq 460 ədəd texnika göndərmək niyyətindədir.
 
“APA-Economics” xəbər verir ki, göndərilən texnikalardan 60-ı pambıqyığan kombayndır.
 
MTZ-nin baş direktoru Fyodor Domotenko bildirib ki, onun rəhbərlik etdiyi müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır.

“Detallat MTZ-dən gətiriləcək, yığım isə Gəncədə baş tutacaq. Bu, bizə də, azərbaycanlı tərəfdaşlarımıza da gəlir gətirəcək”, - deyə baş direktor qeyd edib.
 





27.09.2017    çap et  çap et