525.Az

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir


 

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir <b style="color:red"></b>

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Dini komitəsindən verilən məlumata görə, tədbirdə qurumun Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, dini işlər komissiyasının sədri Rövşən Ağayev, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, başçının müavini Sevil Əhmədova, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Şahzadə Bilalov və digərləri iştirak ediblər.

Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini R.Ağayev Heydər Əliyevin dövlətin din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb, bu missiyanın onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

Dövlət komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında ətraflı məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısının müavini S.Əhmədova “Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları” mövzusunda çıxış edib.

Bundan başqa, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov, şəhər “Cümə” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov milli-mənəvi və dini dəyərlərdən, eləcədə onların gənc nəslin yetişdirilməsindəki rolundan danışıblar.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Ceyhun ABASOV

 





27.09.2017    çap et  çap et