525.Az

Siyavuş Aslanın səhhəti düzəlir


 

Siyavuş Aslanın səhhəti düzəlir<b style="color:red"></b>

Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın müalicəsi uzun müddət davam edəcək.

Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, aktyorun xəstəliyi xroniki hal aldığına görə, ev şəraitində müalicəsi mümkün deyil: “Nəzərdə tutduğumuza görə, 20 gündən çox xəstəxana şəraitində olmalıdır. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda səhhətində yaxşılığa doğru dəyişiklik var”.
 
Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 24-də Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
 
Siyavuş Aslan 2011-ci ilin avqust ayında işemik insult keçirib.

 





29.05.2013    çap et  çap et