525.Az

ADB Azərbaycana 900 milyon dollar ayıracaq


 

ADB Azərbaycana 900 milyon dollar ayıracaq<b style="color:red"></b>

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycan üçün 2018-2020-ci illəri əhatə edən Ölkə Əməliyyatları üzrə Biznes Planını təsdiq edib.
 
"APA-Economics" xəbər verir ki, biznes plan bankın 2018-2020-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri ilə uyğunlaşdırılıb.

ADB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
 
Plan üzrə dövlət öhdəliklərinin və kredit proqramının həyata keçirilməsi üçün 2018-2020-ci illər arasında 780 mln. dollar həcmində kreditin və 2,5 mln. dollar həcmində texniki yardımın ayrılması nəzərdə tutulur. Bank isə bu proqramı 900 mln. dollar civarında qiymətləndirib.
 
2017-ci ildə isə ADB Azərbaycana ümumi dəyəri 450 mln. dollar olan iki kredit və 1,225 mln. dollar dəyərinə texniki yardım ayıracaq.

Sənəddə qeyd olunur ki, ADB hökumətin dövlət-özəl əməkdaşlıq proqramını da maliyyələşmə üçün nəzərdən keçirəcək.

 





27.09.2017    çap et  çap et