525.Az

"Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək"


 

"Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək"<b style="color:red"></b>

"Dünya birjalarında neftin qiyməti uzun müddət ərzində 40-60 dollar dəhlizində dəyişəcək".

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.

"Barrel üçün 40-60 dollar - günümüzün yeni reallığıdır. Qlobal istehsalçılar bunu qəbul etməlidirlər", - deyə icraçı direktor qeyd edib.

Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,69% artaraq 52,24 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,58% artaraq 58,78 dollar olub.

 





27.09.2017    çap et  çap et