525.Az

ARDNF-nin 2017-ci il büdcəsinə dəyişikliklər prezidentə təqdim olundu


 

ARDNF-nin 2017-ci il büdcəsinə dəyişikliklər prezidentə təqdim olundu<b style="color:red"></b> Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Fondun İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
 
Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.
 





27.09.2017    çap et  çap et